Skip to content
← Back to job listings

PAŞA Bank- Təcrübəçi (Audit Departamenti)

PASHA Holding · Baku, Azerbaijan

AccountingQuick applyFull-time25 days ago

About The Role

  • Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak edir.
  • Nəzarət çatışmazlıqları aşkar etmək üçün audit prosedurlarının həyata keçirilməsində iştirak edir.

Əsas funksional vəzifələr

  • Audit Layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə dərhal məlumat vermək;
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil);

  • Ali iqtisadi və ya hüquqi təhsil, ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə;
  • Audit sahəsinə aid nəzəri biliklər;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı.

This listing was posted by a verified recruiter at PASHA Holding. Report this listing