Skip to content
← Back to job listings

PAŞA Bank-Audit Menecer (Əməliyyat, komplayens və davamlı audit üzrə Ekspert M )

PASHA Holding · Baku, Azerbaijan

AccountingQuick applyfull-time25 days ago

About The Role

  • Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin aparılmasına rəhbərlik etmək;
  • Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;
  • Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
  • Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
  • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
  • Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Requirements

  • Ali təhsil, 5 ildən artıq ümumi, 3 il bank sahəsində audit, risklərin idarəedilməsi və ya nəzarət funksiyasında iş təcrübəsi;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Bankçılıq sahəsini tənzimləyən qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik və hesabat yazma bacarığı;
  • Ünsiyyət qurma, idarəetmə və liderlik bacarığı;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows, SQL) ilə işləmək bacarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Azərbaycan dilini mükəmməl və ingilis dilini işgüzar səviyyədə bilməli;
  • CIA/FRM/CFA/CRMA/CFSA/ACCA/CPA/CIMA üzrə və s. beynəlxalq peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır;

This listing was posted by a verified recruiter at PASHA Holding. Report this listing